ISMI-AZAM DUASI

ISMI-AZAM DUASI

26 Şubat 2018 Pazartesi

NƏZƏRƏ Mİ GƏLDİY.GOZƏ GƏLDİKMİ?


                                           BİSMİLLAHİR-RAHMANİR-RAHİM




Hamiya Salam Eziz İzleyicilerimiz.

Bugun Sizlərlə El arasinda Gozə mi Gəldik Nəzərə mi Gəldiy Gəldiysə Necə Bilməy Olar Sualini
Cavablandiraciq İnsallah..



Qeyd -Bu yazacagimiz işarətləri uşaqlarda tapmaq çox çətindi.siz yenədə uşaqlarinizi həkimə gostərin.Və Yazacagimiz hər şeyi axira qədər oxuyun..








1.Gozə Gəldiyimizin 8 Mutləq Bəlirtiləri



1.Davamli Bitkinliy Və Yorgunluq
Boyuklərdə bu hal ozunu təmbəllikdə gostərsədə Uşaqlarda tez-tez əsnəmə kimi meydana gəlir.
Məsələn-Uşaq əvvələ nisbətən daha çox yatmaq istəyər.




2.Aglama İstəyi Və Arzusu
Kişi Bəzən hiçqira hiçqira aglar ozunu bele saxliya bilməz nəyə agladigini da belə bilməz.
Uşaqlarda isə(əvvəlcədən həkimə aparmaqda fayda var.)səbəbsiz yerə aglamalar olur(Bu Ciddi Bir Narahatliqdan Da Ola Bilər.Ona Goredə Əvvəlcədən Həkimə Getməydə Fayda Vardir).




3.Bir Yetişgin Normal Şeylərə Əsəbləşirsə Daha çox daha tez esebi olarsa hər şeyə əsəbləşərsə bu o kişinin Gozə Gəlməyinin Əlamətidir..
Uşaqlarda isə valideyinlərini çilədən çixartmaq ucun hər şeyi edərlər.Bu vəziyyətlərdə uşaqlari vurmaq yerinə onlari başa duşməy lazimdir



4.Baş Agrisi
Kişinin Başi donər dayanmadan tez-tez agriyar və kəsər.



5.Daralma Və Ozunu Kuçəyə Atma Arzusu
Kişi Hərşeyin Ustunə Gəldiyini Hiss Edər Ev onu Sixar Oda Ozunu Çole Atmaga gərəy duyar.



6.Yeməkdən Dad Ala Bilməmə
Uşaq bir çox şeyi yeməy istəməz.sud əmməyi buraxar.



7.Guzgudə Ozunu Gorəndə Qorxma.



8.Biriylə Danişarkən Nə Dİyəcəyini Unutmaq(goz dəyən insanlarda daha çox olur)

-Kişi a dilimin ucundadi-aa -indi diyəcəy idim -nə idi o kimi hallar daha çox baş verir.
Uşaqlardada da kekeleme hadisəsi tez-tez baş verir.
















NƏZƏR NƏDİR.NƏZƏR VARMİ.NECE QORUNMALİ

Nəzər yoxdu.Nəzər Dəyməz Deyə Bilmərik.Nəzər (Goz Dəyməsi)Haqdir.Nəzər ilə əlaqəli Peygəmbərimizdən nəql edilən bir çox hədis vardir.

Nəzər Duasi olaraq bilinən nəzərdən və pisliklərdən qorunmaq uçun Peygəmbərimiz Qurani-Kerimin son 3surəsi olan İXLAS NAS və Fələq Surəsidir.

Nəzər ayəti olaraq bilinən bir ayət yoxdur.



FƏLƏQ SURASİNİN OXUNUŞU...
1. Kul, euzü birabbil felâk,
2. min şerri ma halak,
3. ve min şerri gasikin iza vakab,
4. ve min  şerrin neffassâti fil ukad,
5. ve min şerri hâsidin iza hased.





Nas Surəsinin Oxunuşu...
1. Kul, euzü birabbin nâs,
2. melikin nâs, ilâhin nâs,
3. min şerril vasvasil hannas,
4. elleziy yuvesvisu fiy sudûrin nâs,
5. minel cinneti ven nâs.







İxlas Surəsinin Oxunuşu...
1- Kul hüvellâhü ehad
2- Allâhüssamed
3- Lem yelid ve lem yûled
4- Ve lem yekün lehû küfüven ehad







SEHIRBAZLAR,CADUGƏRLƏR VƏ DAHASİ

                                          BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.
ALLAH BİZİ PİS İNSANLARDAN VƏ KAFİR CİNLƏRDƏN QORUSUN.




1.Cadugər qaranliq bir otaga girər və bir alov yandirar.alovun içinə tutsulər qoyar(bu cadu səviyəsinə gorə dəyişir).

İnsanlara nifrət iki kişini ayirmaq pisliy eleməy istəyirsə alovun içinə pis qoxulu tutsu atar.
Birini aşiq etməy və ya yaxşi bir şey eləməy uçun alovun içinə gozəl qoxlu tutsu atar.
Və Cin qəbiləsinin başçisini çagirib dualar edər və ona and içər.
Cadugər bulari pis bir otaqda və pis bir paltarla edər.

Tum Bulari Etdikdən Sonra Qarşisina İlan.İt Və ya başqa bir surətdə bir Cin çixar.(bəzən bir şey çixmaz sadəcə səslər eşidilər).Və Cadugər ona edilməsi olunan işləri deyər.
Sorada cadu ediləcəy kişinin saçina duyumlər atilir.Və cinə əmirlərini verir.
Qeyd-Cinlər pis qoxunu və qaranliq yerləri sevərlər...



2.Qurban Vermə.
Cinlərin istəyi uzərinə cadugərdən bir heyvan novu istənilər.Bu bir Quş.Qarga və.s..dir
Çox vaxt bu heyvanin rəngi qara olur.Çunki Cinlər Qara Rəngi Sevərlər.
Və Allah-Talanin İsmi Anilmadan Heyvan Qurban Edilər.Və Heyvanin Nəşi Bir Çuxura vəya TərkEdilmiş bir yerə atilir.Bu Ərazilər Cinlərin Yaşadigi Yerlərdir.Bəzən da bu heyvanin qani xəstəyə surulur.Sonrada evinə gedilib cadu ediləcəy sozləri deyər və cinləri çagirar.Və Cinlərə etmək istədiyini əmr edər.


3.Bu metod cadugərlər tərəfindan çox istifadə edilən bir metoddur.
Bu metodu edən cadugər Qurani-Kərimi ayaqlarinin altina baglayib tualetə gedər və orada şeytani zikirlər edər.Sorada bir otaqda oturub şeytanlara nə istədiyini soylər.
Şeytanlar bu cadugərləri çox sevərlər çunki Allaha qarşi bele boyuk bir kufr edən birisi Şeytanin Qardaşi olar və Allahin Rəhmətindən Qovular.(Şeytanin istəyidə elə budur)..

Cadugər onlarin koməyini almaq və onlari məftun etməy uçun daha da boyuk gunahlar etməlidir.
Məsələn-Quran Ayətlərini tərsdən yazmaq olarla zarafat etməy.Ayətləri pis bir şəkildə yazmaq və s.

Bu Cur İnsanlardan ALLAH-TƏLAYA Siginiriq.Allah Bizləri Və ummətimizi Bu Cur Şeylərdən Qorusun və canimizi Musəlman olaraq alsin..Amin..











CADU POZMA CADUDAN QURTULMA...


                                  ƏUZU-BİLLAHİ-MİNƏL-ŞEYTANİ-RACİM... 
                                       BİSMİLLAHİR-RAHMANİR-RAHİM


(Peygamber) Efəndimizdə ozune cadu edilən vaxt o tilsimi FələqSurəsi ilə pozdugu rəvayət edilir...



BU Blogumuzda Sizlərə Necə Cadudan Tilsimdən Qorunur O Yollari Sizlə Paylaşaciq..



1.İlk Olaraq DestNamaz Alinaraq Qibləyə dogru yonənilir.Sora Diz Ustu Çokulərək bele edilir.


1.Dəfə Əuzu-Bəsmələ çəkib 33dəfə FələqSurəsini oxuyaciq. və belə dua edeciy
Allahim mənə(və ya edilən kişiyə)edilən cadunun Fələq Surəsinin Xətrinə əzəldən əbədə qədər hokumsuz olmasini və təsirini itirməsini istəyirəm
Və bu niyyətlə sənə əl açiram Ya-Rebbi...

Bu Sozlərin Ardindan yenə 1dəfə Əuzu-Bəsmələ və 33dəfə FələqSurəsini Oxuyaraq 1ci duani tamamlamiş oluruq...
CƏNABU-HAQQ Cumləmizi Qorusun İnşallah..



əgər bu faydali olmadisa başqa koməy uçun nəsə istəsəz bizim bloqa yaza bilərsiz....
Allah Cumlemizi Qorusun İnşAllah....









25 Şubat 2018 Pazar

... ZİNA HAQQİNDA HƏDİSLƏR...

     





                                                 Quran: 
«Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!.» (İsra, ayə 32)

Hədis: 

Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.» 
(Biharul-Ənvar, c.76,səh. 366, hədis 30)

İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.»
(Nəhcül-Bəlağə, hikmət 305)

İmam Sadiq (ə):«Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir.» 
(Biharul-Ənvar, c.79,səh. 26, hədis 28)

İmam Rza (ə):«Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli, əsl-nəcabətin aradan getməsi, uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi fəsadlar.»
(Biharul-Ənvar, c.79,səh. 24, hədis 19)







Zinanın nəticələri

Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.» 
(Biharul-Ənvar, c.79,səh. 22, hədis 15)

İmam Əli (ə):«Zina yoxsulluq gətirər.»
(Biharul-Ənvar, c.79,səh.23, hədis18)

İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«Məndən sonra zina aşkarda olunacağına görə qəfil ölümlər çoxalar.»
(əl-Kafi, c.2,səh. 374, hədis 2)

İmam Sadiq (ə):«Zina geniş yayılanda zəlzələlər baş verər.» (Təhzibul-Əhkam, c.3, səh. 148, hədis 318)






Məsih (ə):«Ətirlənib bayıra çıxan qadın, nə qədər ki, onun ətri başqalarının burnuna yetişir, zinakardır və ona baxan hər bir göz zina edir.»
(Tənbihul-Xəvatir, c.1, səh. 28)

Məsih (ə):«Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.» 
(Tənbihul-Xəvatir, c. 1,səh. 62)

Allahın Peyğəmbəri (s):«İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.» 
(Kənzul-Ummal,hədis 13026)






Allahın Rəsulu (s.a.a.) buyurur: "Tövratda belə yazılmışdır ki, Allah buyurur: Mən qatillərin qatili, zina edənləri fəqir və pərişan edən Allaham!”
(Kafi 5/ 554)

İmam Sadiq (ə) buyurur: "Zina edənin altı xüsusiyyəti vardır ki, üçü dünya da üçü də axirətdə şamil olur. Dünyaya aid olanlar abırsızlıq, fəqirliq və ömrün qısalması, axirtədə aid olanlarsa Allahın qəzəbinə düçar olmaq, hesabın çətinliyi və əbədi olaraq cəhənnəm əzabında qalmaqdır”.
(Kafi 5/ 541)

Allahın Rəsulu (s.a.a.) buyurur: " Ey cammat, zina etməyin, (əks halda) qadınlarınız da zina edəcəkdir (hər günah etsən, onu müvafiq cəza görəcəksən)”.
(Kafi 5/ 554)

Allahın Rəsulu (s.a.a.) buyurur: "Hər kəs haram yolla qadınla qol-boyun olsa, şeytanla birlikdə atəşdən olan zəncirlə bağlanıb cəhənnəmə atılacaqdır”.
(Mən la yəhzuruhul-fəqih 4/ 14)

Həzrəti İmam Sadiq (ə) buyurur: "İnsan hər hası yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir”.
(Kafi5/ 54)

Allahın Rəsulu (s.a.a.) buyurur: ”Məlundur o, kəs ki, heyvanlarla cinsi yaxınlıq edə”.
( Kafi 2/ 270)

Allahın Rəsulu (s.a.a.) buyurur: "Qadınların bir-biri ilə (cinsi ehtirasla) bir yatağa girməsi zinadır”.
(Kənzul-ummal 5/ 316).....








CADU VƏ TİLSİMƏ QARŞİ DUALAR





CADU VƏ TİLSİMDƏN QURTULMAQ UÇUN DUALAR






























"Bismillahir-rəhmanir-rəhim" 

Atilli batil edirəm qürbətən iləllah.
Fəulqi sehrətil sacidin qalu amənna birəbbil aləmin. Rəbbi Musa və harun ə-uzu bi-izzətəllahu vikib ria-əhuvə min şərri şəytani
in-nəhu yəkdunə kəydən və əkidən gəydən fəmihill kafirun əmhilihum ruvəydən. Summə bəkun ummuyun la yətə-kəlləmun.
Summə bəkun ummuyyun la yubsirun. Summə bəkun ummuyyun la yəqilun.

Bu duanı 3 və 7 dəfə oxu, üflə suyu iç. Cadunu batil edir.










AYƏT-ƏL-KURSİ DUASİNİN SAVABLARİ.ŞƏRHİ....


                                             BİSMİLLAHİR-REHMANİR-REHİM..


Qur'an ayətlərinin səyyidi, ən böyüyü, ən üstünü Ayətul-kürsüdür. Bəqərə surəsində bir ayət var ki, o Qur'an ayətlərinin səyyididir.
Bu ayət oxunanda şeytan ləin o evdən qaçar. Həzrəti Mühəmməd s. ə. merac gecesində "Lövhi məhfuz"a baxarkən üç ayrı yerdə, üç nur gördüyünü bəyan edir.
- Ya rəbbi, bu üç nur nədir?
Cənabi həqq buyurur:
- Onlar Ayətul-kürsi, Ya'sin və İxlas (qülhüvəllah) surəsinin yerləridir.




Həzrət buyurdu:
- Ya rəbbi, Ayətul-kürsünün savabı nədir?

- Allah buyurur:
- O mənim sifətimdir. Onu bir dəfə oxuyan qiyamət günü mənə baxacaqdır, yə"ni, görəcəkdir.
Həzrəti Əlidən (ə.s) rəvayətdir ki, Həzrət Mühəmməd (s.ə) buyurmuşdur ki, Allah-təala Kürsünü incidən yaratmışdır.
Kürsünü böyüklüyünü Allahdan başqa heç kəs dərk edə bilməz. Bu böyük kürsünün yanında göylər və yerlər səhranın
ortasında kiçik bir halda kimidir. Hədis şərifdə deyilir ki, günəşin nuru Kürsünün nurunun 70 cüzündən bir cüzdür.
Kürsünün nuru Ərşin çiyinlərindən saxlayan mələklər ilə, Kürsünü çiyinlərində saxlayan mələklər arasında 140 pərdə vardır.

Bu pərdələrin 70-i nurdan, 70-i zülmətdən - qaranlıqdandır. Hər pərdənin arası 500 illik məsafədir. Əgər bu pərdələr olmasaydı Kürsünü saxlayan mələklər Ərşin nurundan yanardı. 7 qat səma 7 qat yer Ərşin yanında qeyb olub itir. Ərşi-əla Allah-təlanın sarayı kimidir. Allah-təla əmri oradan verir. Allahın əmri Kürsünün üzərinə endiyi vaxt, mərmərin üstünə düşən ağır qızıl zəncirin səs çıxardığı səs kimi səs gələr. Kürsünü saxlayan mələklər Allahın əmrinin əzəmətindən və bu səsin şiddətindən özlərindən gederlər, ayıldıqları zaman Ərşdəki mələklərdən soruşarlar: "Rəbbiniz nə əmr buyurdu?". Onlar cavab vererlər: "Haqqı və doğrunu əmr buyurdu". Allah-təalanın əmri Ərşil-Əladan-Kürsüyə, Kürsüdən Sidrətül-Müntəhaya, oradan da səmanın 7-ci qatına gəlir.






Beləliklə, Allah-təalanın əmri bütün səmalardan keçərək dünyaya gəlir. Əgər Allah-təalanın əmri 7 qat göylərdən keçməyib, vasitəsiz olaraq dünyaya və insanlara gəlsəydi İlahinin əmrinin əzəmətinin şiddətindən yer üzü məhf olardı.
Həzrət Peygəmbər (s.ə) buyurub: Bir Ayətəl-kürsü oxumaq min ayə oxumağa bərabərdir. Ayətəl-kürsünün dili və canı var. Bir şəxs Ayətəl-kürsünü oxuduğu zaman, Ayətəl-kürsü Ərşi-Əlanın altında səcdəyə düşər, Allah-təladan onu oxuyanın əfn olunmasına diləyər. Ayətəl-kürsündə 7 qala qüvvəsi var. Hər kim ixlas qəlblə bir Ayətəl-kürsü oxuyarsa, iç-içə 7 qala içinə girmiş kimi, mə'nəvi qüvvət qazanır və qorunur. Daha artıq oxuyan daha çox qüvvə qazanır. Ayətəl-kürsünü Həzrəti Peyğəmbərə (s.ə) 70 000 mələk nazil olub gətirmişdir. Ayətəl-kürsü namazdan əvvəl oxunarsa şeytan ləin onu çaşdıra bilməz, namazını sahman və qüsursuz qılar. Şeytan ləinin 70 cür tələsi var. Əgər bunlardan Allaha sığınıb, dualar oxunmazsa insanın imanını alır.

Ayətəl-kürsünü oxuyanı Allah-təala xəta-bəla, bütün təhlükələrdən, şeytanın şərrindən hifz edib qoruyar. Namazdan sonra
Ayətəl-kürsü oxuyan şəxs digər namaza qədər Allahın himayəsində olar. Hər kim evindən çıxanda Ayətəl-kürsünü oxuyarsa, Allah-təala o şəxs üçün 70 000 mələyi ona əstəğfur üçün ayırır. Həzrət Əli ələyhis-səlamlan rəvayət edilmişdir ki, Bədr döyüşü qurtarana kimi Həzrət Mühəmməd Peyğəmbər (s.ə) "Ya Həyyul ya Qəyyum" kəlmələrini zikr edirdi. "Ya Həyyul ya Qəyyum" Allah-təalanın ən böyük adlarındandır. Əgər Allahın bunlardan da böyük adları olsaydı Həzrət Peyğəmbər (s.ə) döyüş zamanı onları zikr edərdi. Şeyxül-Əkbər, Arifi-Billah, Muhiddin-Ərəbi Ayətəl-kürsünün fəziləti haqqında belə demişlər:

Hər kim Ayətəl-kürsünü gece gündüz 1000 dəfə oxuyarsa və bu prosesi 40 gün davam edərsə (ara vermədən), Allaha and içirəm, Qur'ani - Kərimə and içirəm ki, o kimsənin ruhaniyyəti inkişaf edib, qəlb gözü, bəsirət gözü açılar, mələklər o şəxsi ziyarət etməyə gələrlər. O şəxsin hər muradı yerinə yetər. Yenə də buyurmuşlar ki, hər kim Ayətəl-kürsünü hərflərinin sayı qədər, yə'ni 175 dəfə və yaxud Mürsəl Peyğəmbərlərin sayı qədər, yə'ni 313 dəfə oxusa, o şəxsə göylərdə və yerdəki məxluqatın hamısı itaət edib, hər şeydən mühafizə edərlər, düşmənlərin nə əli, nə də dili ona heç bir zərər və ziyan verə bilməz. Hər kim Ayətəl-kürsünü gündə 18 dəfə oxusa Allah-təala o şəxsin qəlbini hikmətlə doldurar, ruzuna bolluq verər. Hər kim Ayətəl-kürsünü yazıb üstündə gəzdirərsə, Allahın iznilə hər cür bəla və müsibətlərdən amanda olar, gecə gəzən cin şeytanların şərindən mühafizə olunar.

Həzrət Peyğəmbər (s.ə) buyurub ki, hər hansı bir şəxs yatan vaxta Ayətəl-kürsünü oxusa, xudavəndi aləm o şəxsi hifz etmək üçün mələklər göndərər ki, onu bəlalardan hifz edib, sübh vaxtına qədər ona pasiban olsunlar.
Həzrət Peyğəmbər buyurub ki, bir evdə Ayətəl-kürsü oxunanda şeytan lə'in 30 gün o evdən uzaq olar. O ayənin bərəkətindən o evə daxil ola bilməz.

Həzrət Peyğəmbər buyurub ki, Ya Əli, bu ayəni fərzəndlərinə tə'lim eylə, Həqq-təala göydən yerə elə bir ayə göndərməyib ki, Ayətəl-kürsündən böyük ola. Həzrət Peyğəmbər buyurub ki, Qur'ani-məciddə vaqe olan ayələrin böyüyü Ayətəl-kürsüdür. Hər kəs Ayətəl-kürsünü oxusa, həqq təala mələk göndərər ki, o şəxsin pis əməllərini pozalar, yaxşı əməllər yazarlar, taki Ayətəl-kürsü oxunub qurtarana kimi. Həzrət Peyğəmbər buyurub ki, hər kəs vacib namazdan sonra Ayətəl-kürsünü oxusa, elə ki, əcəli yetişdi vəfat etdi, o şəxs behiştə gedər. Hər kəs yatan vaxta oxusa o şəxsin qonşularını və qonşularının 70 ətraf qonşularının özlərini və evlərini mühafizə edər.

Bir gün Həzrət Peyğəmbərin əshabələrinin arasında söhbət oldu ki, Qur'ani-şərifdə hansı ayə fəzilətlidir. Əli-ibn-əbu-talıb ələyhissalam buyurdu ki, nə üçün demirsiniz ayətəl-kürsü əfzəldir. 




                                                                            O, buyurdu ki, Rəsulu-xuda mənə buyurub ki:




Bəşərin seyyidi Adəmdir,
Ərəbin seyyidi Mühəmməddir,
Farsın seyyidi Səlmandır,
Rumun seyyidi Süheyyibdir,
Həbəşin seyyidi Bilaldır,
Dağların seyyidi Turi-sinadır,
Günlərin seyyidi Cümədir,
Kəlamların seyyidi Qur'andır,
Qur'anın seyyidi Bəqərə Surəsidir,
Bəqərənin seyyidi Ayətəl-kürsüdür......






AYƏTƏL-KÜRSÜ-OXUMAGİN FAYDALARİ





AYƏTƏL-KURSU OXUNAN EVE ŞEYTAN GİRMEZ..

AYƏTƏL-KURSİ OXUNAN EVE CADU İŞLƏMƏZ


AYƏTƏL KURSİ OXUNAN EVE OGRU BELE GİRMƏZ


AYƏTƏL-KURSİ OXUMAGİ ADƏT HALİNA GƏTİRƏN KİŞİNİN ALLAH  KEÇMİŞ GUNAHLARİNİ BAGİŞLAR

AYƏTƏL KURSİ YEMEY USTUNE (çörəy.bugda.duyu) KİMİ ŞEYLƏRİN USTUNƏ OXUNULARSA OLARİN BƏRƏKƏTİ ARTAR.



AYƏTƏL-KURSİ OXUNAN KİŞİNİN HÖRMƏTİ ARTAR.DUŞUNCESİ ARTAR SAVADİ ÇOXALAR QELBİ NURLA DOLAR.


YATMAZDAN ƏVVƏL OXUNULAN ADAMİ QORUDUGU KİMİ ONUN QONSUSUNUDA QORUYAR.


YATARKƏN OXUNULARSA GECƏ ONU 2 MƏLƏK QORUYAR


EVDƏN ÇİXARKƏN OXUNULAN ADAMDAN CİN.ŞEYTAN UZAQ OLUNUR


AYƏTƏL KURSİ OXUNAN EVƏ 30GUN ŞEYTAN GİRMƏZ.40GUNDE CADUGAR VƏ FALÇİ DAXİL OLA BİLMƏZ....





AYƏT-ƏL-KURSU DUASİ





Bismillаhir-Rәhmаnir-Rәhim
Әllаhu lа ilаhә illа huvәl-hәyyul-qәyyum, lа tәхuzuhu sinәtun vә lа nәvm, lәhu mа fis-sәmаvаti vә mа fil-әrz, mәn zәl-lәzi yәşfәu indәhu illа bi-iznihi, yәlәmu mа bәynә әydihim vә mа хәlfәhum, vә lа yuhitunә bişәyin min ilmihi illа bimа şа-ә, vәsiә kursiyyuhus-sәmаvаti vәl-әrz, vә lа yәuduhu hifzuhumа, vә huvәl-Әliyyul-Әzim (255).






Tərcüməsi

Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! 












QƏBRİSTAN DUASİ





Həzrət Əli (ə.s) - dan nəql olunub ki, hər kəs qəbiristana daxil olarkən ölülərə bu duanı oxusa, həmin şəxsin ata-anasına və özünə bütün günahları bağışlanır və nameyi əməlinə ibadət və savablar yazılır.








Dua budur:

Əlla hümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Bismillahir rəhmanir rəhim.
Əssalamu əla əhli. La ilahə illəllahü min əhli. La ilahə illəllahü ya əhlə. La ilahə illəllahü bi həqqi. La ilahə illəllahü iğfir limən qalə. La ilahə illəllahü vəhşürna fi zümrəti min qalə. La ilahə illəllahü Mühəmmədin Rəsulüllahü Əliyyün Vəliyullahi məəs sələvat. Əlla hümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Əlla hüm məğfir lil mömininən vəl möminat, vəl müsliminən vəl müslimat, əl əhyai minhüm vəl əmlat və ilaərvahil mərhumeynil, məğfureynil, məbrureynil məlumeyin bi cai Mühəmmədin və aleh vəbi hürmətil surətil mübarəkətil fatihə.

Bismillahir rəhmanir rəhim.
Əlhəmdu lillahi rəbbil aləmin. Ərrəhmanir Rəhim. Maliki yomiddin. İyyakə nəbüdü və iyyakə nəstəin. İhdinəs siratəl müstəqim. Siratəl ləzinə ən-əmtə ələyhim ğəyril məğzubi ələyhim vələ-zal-in

Bismillahir rəhmanir rəhim.
Qül hüvəl'lahü əhəd. Allahüs Səməd. Ləm yəlid. Vələm yuləd. Vələm yəkün ləhü küfüfən Əhəd. Əlla hümmə səlli əla Mühəmmədin və ali Mühəmməd










24 Şubat 2018 Cumartesi

NAMAZ NƏDİR NAMAZİN VACİBLİYİ NƏ UÇUN NAMAZ QİLİRİQ

İmam Mühəmməd Baqir (ə) buyurub:
Allahın bəndəsi namazda Allaha yaxın olar.


Həzrət Muhəmməd (s) buyurub:
Allahın bəndələrinə vacib etdiyi ilk əməl namazdır və həmçinin, onların gördüyü işlərdən Allaha tərəf ucalan ilk əməl də namazdır. Qiyamət günü ümmətimdən soruşulacaq ilk sual da namazdan olacaq.



Həzrət Muhəmməd(s) buyurub:
Allahın bir mələyi var, o mələk hər namaz vaxtında belə fəryad edər: " Ey adəm övladları, qalxın öz zərərinizə yandırdığınız atəşi namaz ilə söndürün”.





HƏR KƏS NAMAZİ YUNGUL SAYSA  15 BƏLAYA DUÇAR OLAR.
1.ALLAH ONUN RUZİSİNİ OMRUNU ALAR
2.DUASİ GOYƏ UCALMAZ
3.ONUN HAQQİNDA EDİLƏN DUALAR QƏBUL OLMAZ.
4.DUNYADAN ZƏLİL GEDƏR
5.DUNYADAN AC GEDƏR
6.DUNYADAN SUSUZ GEDƏR
7.ALLAH QƏBR EVİNDƏ ONA ELE BİR MƏLƏK GONDƏRƏR Kİ ONA ƏZİYYƏT VERƏR
8.QƏBR EVİ ONA SİXİNTİLİ VƏ DARİSQAL OLAR
9.QƏBRİ QARANLİQ OLAR
10.QİYAMƏT GUNU UZU USTƏ GƏTİRİLƏR VE XAR OLAR
11.QİYAMƏT GUNU ÇOX ÇƏTİN HESAB VERƏR.
12.QİYAMƏT GUNU ALLAHİN NƏZƏRİ ONDAN UZAQ OLAR
13.OZUNU GUNAHDAN TƏMİZLİYƏ BİLMƏZ
14.ONUN SƏSİ EŞİDİLMƏZ
15.ONUN UÇUN BOYUK ƏZABLAR OLAR....






İmam Sadiq (ə) buyurub:
Namaz qılan şəxs, namaz üçün ayağa qalxan zaman onun üçün asimandan Allahın rəhməti yerə nazil olar və mələklər onun ətrafında dolanarlar. Mələklərdən biri isə bu zaman belə söyləyər: Əgər bu namaz qılan şəxs namazın mahiyyətini bilsəydi heç vaxt namazdan ayrılmazdı.










NAMAZ NECƏ QİLİNİR


AZAN
"Allahu əkbər" 4 dəfə 
"Əşhədu ən la ilahə illəllah" 2 dəfə 
"Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə 
"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə 
(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.) 
"Həyyə ələssəlat" 2 dəfə 
"Həyyə ələlfəlah" 2 dəfə 
"Həyyə əla xəyril əməl" 2 dəfə 
"Allahu əkbər" 2 dəfə 
"La ilahə illəllah" 2 dəfə 




İQAMƏ
"Allahu əkbər" 2 dəfə 
"Əşhədu ən la ilahə illəllah" 2 dəfə 
"Əşhədu ənnə Muhəmmədən Rəsulullah" 2 dəfə 
"Əşhədu ənnə Əmirəl-mu''mininə Əliyyən vəliyyullah" 2dəfə 
(Bu zikr azanın tərkib hissəsi deyildir və savab qəsdi ilə deyilir.) 
"Həyyə ələssəlat" 2 dəfə 
"Həyyə ələlfəlah" 2 dəfə 
"Həyyə əla xəyril əməl" 2 dəfə 
"Qəd qamətissəlat" 2 dəfə 
"Allahu əkbər" 2 dəfə 
"La ilahə illəllah" 1 dəfə 



QİYAM
Qiyam"yə''ni ayaq üstə durmaq. Namaz qılan təkbirətül-ehramı və qiraəti qiyam halında, bədənin aram olduğu halda yerinə yetirməlidir.
"Həmd" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Əlhəmdu lillahi Rəbbil-aləmin" 
"Ər-rəhmanir-rəhim" 
"Maliki yovmiddin" 
"İyyakə nə''budu və iyyakə nəstəin" 
"İhdinəs-siratəl müstəqim" 
"Siratəl-ləzinə ən''əmtə ələyhim"
"Ğəyril-məğzubi ələyhim vələzzallin"




"Tovhid" surəsi
"Bismillahir-rəhmanir-rəhim"
"Qul huvəllahu əhəd" 
"Allahus-səməd" 
"Ləm yəlid və ləm yuləd" 
"Və ləm yəkun ləhu kufuvən əhəd" 


TƏSBİHATİ-ƏRBƏƏ
Namazın üçüncü və dördüncü rəkətlərində, ya təkcə Həmd, ya da üç dəfə təsbihati-ərbəə. deyilməlidir Bir dəfə də deyilsə kifayətdir. "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər." Kişilər və oğlanlar sübh, məğrib, işa namazının 1-ci və 2-ci rəkətində Həmdi və Surəni ucadan oxumalıdırlar. Qadınlar və qızlar naməhrəm şəxslər səslərini eşitməzsə, ucadan qıla bilərlər. Amma əgər naməhrəm onların səsini eşitsə, ehtiyat-vacibə görə ahəstə qılmalıdırlar. *Namazın üçüncü və dördüncü rəkətlərində Həmd, yaxud təsbihati-ərbəə alçaqdan, ahəstə oxunmalıdır. * Zöhr və əsr namazının 1-ci və 2-ci rəkətində də Həmd və Surə ahəstdə oxunmalıdır. Əgər insan namazı ucadan qılmalı olduğu yerdə qəsdən alçaqdan və ya alçaqdan qılmalı olduğu yerdə qəsdən ucadan qılsa namazı batildir.

Ruku
Namaz qılan hər rəkətdə qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizinə qoya bilsin. Bu əmələ "ruku" deyilir. Rukuda zikr demək vacibdir. Rukunun zikri deyildiyi vaxt, bədən aram olmalıdır. Əgər rüku həddinə qədər əyilməzdən və bədən aram olmazdan qabaq rükunun zikrini desə, namazı batildir. Əgər vacibi zikr qurtarmazdan əvvəl qəsdən başını rükudan qaldırsa, namazı batildir.

RUKUNUN ZİKRİ:
Üç dəfə "Subhanəllah" və ya 
Bir dəfə "Subhanə Rəbbiyəl-əzimi və bi həmdih" 




SƏCDƏ
"Səcdə" o əməldir ki, alın, əllərin içi, dizlərin gözü və iki ayağın baş barmağının usu yerə qoyulsun. Səcdə halında zikr demək vacibdir. 

Səcdənin zikri:
Üç dəfə "Subhanəllah" və ya 
Bir dəfə "Subhanə Rəbbiyəl-ə''la və bi həmdih". 
Səcdənin zikri deyilən vaxt bədən aram olmalıdır. 
Namaz qılan şəxs səcdədə alnını yerə, yaxud yerdən göyərib geyilib, yeyilən olmayan şeylərə (çubuq, ağas yarpağı və s.) qoymalıdır. Səcdə üçün hər şeydən yaxşı Həzrət Seyyiduş-Şühəda İmam Hüseyn (əleyis-salam)-ın türbətidir. Ondan sonra: * adi torpaq; * daş; * bitgilər. 

TƏŞƏHHÜD
Vacibi namazların ikinci və axırıncı rəkətində ikinci səcdədən sonra oturub bədənin aram olduğu halda təşəhhüd oxumalıdır. Yə''ni deməlidir: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd." 

SALAM
Namazın axırıncı rəkətində təşəhhüddən sonra salamı deyib namazı qurtarmaq lazımdır. "Əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh". "Əssəlamu ələyna və əla ibadillahis-salihin". "Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh" 

TƏRTİB
Namaz gərək bu tərtiblə qılınsın: 
Niyyət, təkbirətül-ehram, qiraət, rüku, səcdə və ikinci rəkətdə səcdələrdən sonra təşəhhüd və axırıncı rəkətdə təşəhhüddən sonra salam desin. 




Namazin müstəhəb əməlləri
1. Namazdan qabaq azan-iqamə, xüsusilə iqamə demək çox bəyənilmiş əməllərdən biridir. Bu isə vacib namazlara aiddir və müstəhəb namazlarda azan və iqamə demək müstəhəb sayılmır.
. Azan və iqaməni başqasından da dinləmək kifayətdir. Elə buna görə də camaat namazı üçün bir nəfər azan və iqamə deyə bilər.

İslam Peyğəmbəri Həzrət Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) adını azan və iqamədə dilə gətirdikdə, Ona və Əhli-beytinə (ə) salavat göndərmək, həmçinin azan və iqamədə həzrət Əmirəl-möminin (ə)-ın vilayətinə şəhadət vermək müstəhəbdir.

Azan ilə iqamənin üç fərqi vardır:
1. Azanın əvvəlində deyilən təkbir dörd dəfə, iqamədə isə iki dəfədir;
2. Azanın sonunda deyilən "La ilahə illəllah" sözü iki dəfə, iqamədə isə bir dəfədir.
3. İqamədə "həyyə əla xəyril əməl" sözündən sonra "Qəd qamətis-səlah" sözü əlavə olunur.

Namazda yalnız namazın əvvəlində deyilən təkbirətül-ehram vacibdir. Rükudan qalxdıqda, səcdələrə getməzdən əvvəl və birinci səcdədən sonra, həmçinin ikinci səcdədən qabaq və sonra deyilən təkbirlər isə müstəhəbdir. Təkbir dedikdə əlləri qaldırmamaq olar. Amma təkbir deyərkən əlləri barmaqları bitişdirən halda qulaqların müqabilinədək qaldırmaq müstəhəbdir. Bu isə Allah-taala qarşısında təslim olmaq mənasındadır. Rüku və səcdələrdə çoxlu zikr demək; (məsələn, Subhanəllah zikrini beş və ya yeddi dəfə və ya daha artıq təkrar etmək, həmçinin rüku və səcdədə həzrət Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək müstəhəbdir. Təşəhhüddən qabaq "Əlhəmdulillah" və ya "Bismillahi və billah və əsmaul-husna lillah" sözlərini deyib daha sonra təşəhhüdü oxumaq, həmçinin təşəhhüddən sonra "Və təqəbbəl şəfaətəhu vərfə dərəcətəh" zikrini də demək müstəhəb sayılır. Namazın növbəti rəkətlərinə qalxdıqda "Bihəvlillahi və quvvətihi əqumu və əqud" zikrini demək müstəhəbdir. Namazın ikinci rəkətinin rükusundan qabaq qunut tutmaq (yəni dünya və axirət işləri üçün dua etmək) müstəhəbdir. Həmçinin qunutda öz hacətlərini və habelə haqqında dua etmək məsləhət olan şəxslər üçün dua etmək də caizdir. Qeyd etmək lazımdır ki, qunutu əlləri qaldırmadan da oxumaq olar, amma yaxşı olar ki, qunut oxuyan halda əlləri çənənin bərabərinə qədər açıq halda qaldıraq. Namazın rüku, səcdə və digər əsnasında dua edib Allahdan hacətlərini istəmək caizdir. Hər bir namaz öz vaxtında məsciddə qılınsa daha yaxşı olar, xüsusi ilə Sübh, Məğrib və İşa namazlarını camaatla birgə qılmaq müstəhəb sayılır. Namazda təmkinli olmaq müstəhəb, onu sürətlə qılmaq isə məkruhdur. Namazı düşüncə ilə qılıb Allahı yad etmək müstəhəbdir. Belə ki, namazda hər nə qədər özünü mülahizə etsən, fikrin başqa işlərə gedəcəkdir. Allah-taala Qurani-kərimdə buyurmuşdur: "Qəd əfləhəl muminun. Əlləzinə hum fi səlatihim xaşiun" "Həqiqətən möminlər nicat tapmışlar"! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)" (Muminun surəsi/1-2).





NAMAZİ BATİL EDƏN ŞEYLƏR



Namaz qılan şəxs təkbirətül-ehramı deyərək namaza başlayandan qurtarana qədər bə''zi işlər ona haram olur. Əgər namaz halında onların birini etsə namazı batildir. O cümlədən: 

1. Danışmaq, bilərəkdən, mə''nası olan iki hərf;
2. Gülmək, bilərəkdən, uca səslə;
3. Ağlamaq, dünya işləri üçün, uca səslə;
4. Üzü qiblədən başqa tərəfə döndərmək;
5. Yemək və içmək;
6. Namazın surətini (formasını) pozmaq;
7. Namazın rükünlərini azaltmaq və ya çoxaltmaq. Rükun olmayan yerlərdə əgər bilərəkdən edərsə batil, səhvən edərsə səhihdir.
8. İki və üç rükətli namazlarda birinci və ikinci rükətlərdə şəkk edərsə;
9. Namazın şərtlərini aradan aparan şeylər;
10. Dəstəmazın aradan getməsi;
11. Əlini əlinin üstünə qoyma;
12. Həmddən sonra "Amin" demək.

Namazda məkruh olan şeylərdən bə''zisi 
1. Gözləri yummaq;
2. Əllərlə, barmaqlarla oynamaq;
3. Həmdi və ya Surəni oxuyanda və ya zikrləri deyən vaxtda başqasının sözünü eşitmək üçün səsi alçaltmaq;
4. Allah dərgahında xüzu və xüşunu aradan aparan hər hansı bir işlə məşğul olmaq;
5. Üzü azacıq sağa və ya sola döndərmək (çünki çox döndərmək namazı batil edir).




NAMAZIN TƏRCÜMƏSI
Təkbirətul-ehram: "Allahu əkbər"
Allah hər şeydən böyükdür. 

Həmd surəsi: "Bismillahir-rəhmanir-rəhim" 
Bağışlayan və mehriban Allahın adı ilə. 
"Əlhəmdu lillahi Rəbbil-aləmin" 
Həmd-səna və tərif aləmlərin Rəbbi olan Allah üçündür. 
"Ər-rəhmanir-rəhim" 
Rəhm edənlərin rəhm edənidir. 
"Maliki yovmiddin". 
Qiyamət gününün sahibidir. 
"İyyakə nə''budu və iyyakə nəstəin". 
İlahi! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. 
"İhdinəs-siratəl müstəqim" 
Bizi doğru yola hidayət et. 
"Siratəl-ləzinə ən''əmtə ələyhim" 
O kəslərin yoluna ki, onlara nemət vermisən, 
"Ğəyril-məğzubi ələyhim vələzzallin". 
qəzəb etdiyin şəxslərin və azğınların yoluna yox. 

İxlas (Tovhid) surəsi: "Bismillahir-rəhmanir-rəhim" 
Bağışlayan və mehriban Allahın adı ilə. 
"Qul huvəllahu əhəd" 
De ki, odur yeganə Allah. 
"Allahus-səməd" 
(O) Allah ehtiyacsızdır.
"Ləm yəlid və ləm yuləd" 
Doğmayıb, doğulmayıb 
"Və ləm yəkun ləhu kufuvən əhəd" 
Və ona tay olan bir kəs yoxdur. 

Rükunun zikri: "Subhanə Rəbbiyəl-əzimi və bihəmdi" 
Mənim böyük Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm. 

Səcdənin zikri "Subhanə Rəbbiyəl-ə''la və bihəmdih" 
Mənim hamıdan uca məqamlı Pərvərdigarımı hər eyb və nöqsandan pak və münəzzəh bilib Ona həmd-sitayiş edirəm. 

Təsbihati-ərbəənin tərcüməsi "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" 
Hər eyb və nöqsandan pak və münəzzəhdir Allah, həmd, tə''rif yalnız Allaha məxsusdur, Allahdan başqa heç bir mə''bud yoxdur. Allah hamıdan böyükdür. 

Təşəhhüd: "Əşhədu ən la ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhədu ənnə Muhəmmədən əbduhu və Rəsuluh. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd." 
Allaha həmd-səna və tərif olsun. Şəhadət verirəm ki, Allahdan başqa ayrı bir məbud yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Ey mənim Allahım! Məhəmməd və Onun ailəsinə öz rəhmətini göndər. 





Sübh namazını qılmaq qaydası

1-Dəstəmaz aldıqdan sonra üzü qibləyə duraraq niyyət edirsən:
«Sübh namazını qılıram vacib qürbətən iləllah»

2-Sonra təkbirətul-ehram (Allahu əkbər sözünü) deyirsən.

3-Sonra həmin halda Fatihə surəsini, daha sonra «Ixlas» və ya Qur'anın böyük və kiçik surələrindən hər hansı birini oxuyursan.

Fatihə surəsi: Bismillahir-rəhmanir-rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yəvmiddin. Iyyakə nə'budu və iyyakə nəstəin. Ihdinəs-siratəl mustəqim. Siratəlləzinə ən'əmtə ələyhim, ğəyril məğzubi ələyhim vələzzallin.

Ixlas surəsi isə belədir: Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd. Allahussəməd. Ləm yəlid vələm yuləd. Vələm yəkun ləhu kufuvən əhəd.

4-Sonra rükuya gedir (yə'ni əllər dizlərə çatanadək əyilirsən) və bədən aram olduqdan sonra üç dəfə «Subhanəllah» deyirsən.

5-Zikrləri dedikdən sonra ayağa qalxaraq düz durursan.

6-Daha sonra Allah-taala hüzurunda səcdəyə düşürsən. Səcdə halında alın, əllərin içi, dizlər və ayaqların baş barmaqları yerə qoyulmalıdır. Baş barmaqdan başqa barmaqların da yerə qoyulmasının heç bir eybi yoxdur. Səcdədə də bədən aram olduqdan sonra üç dəfə «Subha-nəllah»deyirsən:

7-Daha sonra səcdədən qalxıb əyləşirsən.

8-Sonra ikinci dəfə səcdəyə gedərək birinci səcdədəki kimi üç dəfə «Subhanəllah» zikrini deyirsən.

9-Sonra səcdədən qalxaraq əyləşirsən.

10-Ikinci səcdədən sonra bir daha ayağa qalxır, həmçinin Fatihə və Ixlas surələrini oxuyursan.

11-Hər bir namazın ikinci rəkətində ixlas surəsi sona yetdikdən sonra qünut tutub, dua etmək müstəhəbdir. Qunutda hər hansı bir duanı oxuya bilərsən.

12-Daha sonra rükuybr /a gedib üç dəfə «Subhanəllah» zikrini deyirsən.

13-Sonra rükudan qalxıb bir an dayanırsan.

14-Daha sonra səcdəyə gedib birinci rəkətdə olduğu kimi iki səcdəni «Subhanəllah» zikri ilə yerinə yetirirsən.

15-Sonra isə əyləşərək təşəhhüd və salamı oxuyursan.

Əşhədu əlla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh. Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd.Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. Əssəlamu ələyna və əla ibadillahis-salehin. Əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
(Namazın salamını dedikdən sonra üç dəfə Allahu əkbər demək müstəhəbdir.
Bununla da Sübh namazı sona çatır.

Zöhr, Əsr və Işa namazlarını qıldıqda isə ikinci rəkətin təşəhhüdünü dedikdən sonra salam demədən ayağa qalxır və fatihə surəsi əvəzinə təsbihat-ərbəə adlı aşağıdakı zikri üç dəfə deyirsən: «Subhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər»
Sonra qeyd olunduğu kimi rüku və səcdələri yerinə yetirirsən.
Daha sonra yenidən ayağa qalxıb təsbihat-ərbəəni üç dəfə deyirsən.Sonra rüku və səcdələri yerinə yetirirsən.Daha sonra əyləşən halda təşəhhüd və salamı deyib namazı bitirirsən.Məğrib namazı isə üç rəkətli olduğu üçün üçüncü rəkətin rüku və səcdələrindən sonra əyləşib təşəhhüd və salamı oxuyursan. Bu isə namazın vacib olan hissəsindən ibarətdir və bu tərzdə qılınan namaz alimlərin fətvasına əsasən düzgündür.